Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fernando Torres baş məşqçi təyin olunub

İspaniya yığmasının keçmiş hücumçusu Fernando Torres baş məşqçiliyə başlayıb.

Apasport.az saytının məlumatına görə, 2019-cu ildə karyerasını başa vuran 37 yaşlı sabiq forvard “Atletiko”da yeni vəzifəyə təyin olunub.

Futbolçu kimi məhz madridlilərdəki çıxışı ilə məşhurlaşan Torres klubun əvəzedicilərinin baş məşqçisi təyin olunub. Ötən ilin sentyabrında “Atletiko” akademiyasında fəaliyyətə başlayan Torres eyni zamanda “Pro” lisenziyalı məşqçi kursunu da oxuyur. “Atletiko”nun B komandası onun rəhbərliyi altında ilk oyununu bu gün “Poblense”yə qarşı keçirəcək.

Qeyd edək ki, Fernando Torres futbolçu kimi “Atletiko”, “Liverpul”, “Çelsi”, “Milan” və “Saqan Tosu”nun formasını geyinib.

17 Yanvar 2021 19:26 - İDMAN
İDMAN
28 Fevral 2021 | 01:11
Messi rəqiblərini qabaqlayır

Köhnə versiyamızdan xəbərləri izlə