Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Türkiyənin Elazığ şəhərində yanvarın 17-də Ankara vaxtı ilə saat 12:24-də Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı 17,14 kilometr dərinlikdə yerləşib.

Ətraf bölgələrdə də hiss olunan yeraltı təkanlar yerli əhalidə böyük təşviş yaradıb. Zəlzələnin təsiri barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Elazığ hazırda Anadolunun ən həssas tektonik bölgələrindən biri hesab olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

17 Yanvar 2021 17:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə