Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziyanın Şərqi Yava əyalətində yerləşən ən hündür vulkan püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru dağında yerləşən vulkan yerli vaxtla saat 17:44 dəqiqədə püskürüb.

AZƏRTAC İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Milli Agentliyinə istinadla xəbər verir ki, hündürlüyü 3676 metr olan dağ ikinci dərəcəli təhlükə zonası elan edilib. İndoneziya Vulkanologiya Xidməti hazırda püskürmənin səviyyəsini qiymətləndirir.

Yaxınlıqdakı Desa Sumber Mucur və Desa Kura Koboan rayonlarının sakinlərinə ehtiyatlı olmaq və dağa yaxınlaşmamaq tapşırılıb.

İndoneziya Vulkanologiya Xidmətinin məlumatına görə, hazırda ölkədə 70-dən çox fəal vulkan var və onlardan yeddisi son iki ildə püskürüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

17 Yanvar 2021 17:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə