Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada etiraz aksiyasında qarşıdurmalar olub, polis əməkdaşları xəsarət alıb

Bu gün Fransada keçirilən etiraz aksiyasında 75 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiya yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayıb. Etirazçılar Bastiliya meydanına doğru yürüş ediblər. Təhlükəsizliyin təmin edilməsi üçün paytaxta hüquq-mühafizə orqanlarının xeyli sayda əməkdaşı cəlb olunub.

2021-ci ildə ölkədə keçirilən ilk etiraz aksiyasının iştirakçıları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin bir sıra müddəalarına qarşı çıxıblar. Qanun layihəsinə hazırda Fransa parlamentində baxılır.

Məlumata görə, etiraz aksiyası zamanı baş verən toqquşmalarda 12 polis əməkdaşı xəsarət alıb.

 

17 Yanvar 2021 13:21 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Fevral 2021 | 02:58
Çində yoxsulluğa son qoyuldu
26 Fevral 2021 | 00:48
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə