Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırılıb

Hirkan Milli Parkının Astara rayonunu əhatə edən hissəsində yüksək dağlıq ərazidə baş vermiş yanğın lokallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirliyin rəsmisi deyib: "Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da, yanğının lokallaşdırılmasına nail olunub. Hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir".

17 Yanvar 2021 10:59 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə