Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TAP-ın icraçı direktoru Luka Skyeppati: məqsəd Trans-Adriatik boru kəməri konsorsiumu buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılmasıdır

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılmasını təklif etmək üçün iki ildən bir bazar sınaqları keçirəcək.
Bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.
O bildirib ki, sınaqlar Yunanıstan, Albaniya və İtaliyanın tənzimləyici orqanları tərəfindən təsdiq olunmuş qaydalar əsasında keçiriləcək.
İcraçı direktor xatırladıb ki, TAP bazar sınaqlarını hələ 2019-cu ilin iyulunda işə salıb:
"Bazar sınaqlarının icbari olmayan mərhələsi artıq başa çatıb. İcbari mərhələ bu ilin iyulunda başlamalıdır".

16 Yanvar 2021 13:12 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 Mart 2021 | 09:25
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə