Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxt küçələrində növbəti dezinfeksiya

Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı tədbirlər daha da genişləndirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvar ayının 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə ikinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə artıq 20-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq paytaxt sakinlərinə əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq olunub.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Sonuncu geniş dezinfeksiya tədbirləri zamanı paytaxtın 554 küçəsi kimyəvi maddələrlə yuyulmuşdur.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

“Xalq qəzeti”

16 Yanvar 2021 10:52 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə