Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov yanvarın 15-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Baş direktoru səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Azərbaycanın öz ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini bildirən nazir hökumət tərəfindən bu sahədə görülən işləri xüsusi qeyd edib.

Azərbaycanın beynəlxalq hüqu­qa əsaslanan mövqeyinin ICESCO tərəfindən dəstəkləndiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı bu təşkilat tərəfindən verilmiş bəyanatın yüksək qiymətləndirildiyi Baş direktorun diqqətinə çatdırılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-mədəni irsin dağıdılması və məhv edilməsinə diqqət çəkən C.Bayramov son onilliklər ərzində ölkəmizin aidiyyəti beynəlxalq təşkilatlara bu məsələ ilə bağlı çoxsaylı müraciətlər etdiyini bildirib. ICESCO-nun Baş direkto­runun hazırkı səfəri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə baş çəkməsinin onun bu ərazilərdəki vəziyyətlə əyani şəkildə tanış olması üçün əlverişli imkan yaratdığı bildirilib.

Baş direktor Salim bin Məhəmməd əl-Malik bu səfəri olduqca uğurlu qiymətləndirib. O, səfərin yalnız yüksəksəviyyəli rəsmilərlə görüş baxı­mından deyil, işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından da səmərəli olduğunu vurğulayıb.

Ərazilərlə tanışlıq zamanı bu­radakı dağıntıların miqyasının, o cümlədən dini abidələr, məzarlıqlar, muzeylər, yaşayış evləri və digər tikililərin məhv edilməsinin bu da­ğıdıcı siyasətin onilliklər ərzində məqsədyönlü şəkildə aparılmasının bariz nümayişi olduğu diqqətə çatdı­rılıb.

Görüşdə tərəflər, həmçinin Azərbaycan–ICESCO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

16 Yanvar 2021 04:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə