Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyət, eləcə də bu il yanvarın 11-də Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

16 Yanvar 2021 04:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə