Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası­nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respub­likası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 535; 2006, № 7, maddə 588; 2010, № 2, maddə 80; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2020, № 3, maddə 230) ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2021-ci il

16 Yanvar 2021 04:11 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə