Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar göndərib

1990-cı ilin 20 yanvarında törədilmiş qanlı hadisələrdən 31 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur.

Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu respub­likamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutub, müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə həmvətənimiz vəhşicəsinə qətlə yetirilib. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildirilib ki, Konfederasiya hər il olduğu kimi, bu il də İcraiyyə Komitəsinin 2021-ci il 13 yanvar tarixli qərarına əsasən 20 Yanvar şəhidlərinin ailələrinin (102 ailə) hər birinə 200 (iki yüz) manat məbləğində, ümumilikdə, 20 min 400 (iyirmi min dörd yüz) ma­nat yardımı poçt vasitəsilə ünvanlarına göndərib.

Eyni zamanda, AHİK-in üzv təşkilatları tərəfindən şəhid ailələrinə yardım göstərilməsi, pulsuz yol­layışlarla təmin olunması, onlarla görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

16 Yanvar 2021 04:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə