Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, Qubadlı rayonunun Xanlıq kəndində FHN-in Dövlət Yanğın­dan Mühafizə Xidmətinin Yan­ğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.

Xatırladaq ki, işğaldan azad olunmuş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.

16 Yanvar 2021 04:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə