Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında sıx əlaqələr qurulmasını istərdik

AZƏRTAC ilə Əlcəzair KİV-ləri arasında əməkdaşlığın qurulması və informasiya mübadiləsinin aparılması ölkələrimiz haqqında daha obyektiv və dürüst məlumatların yayılmasına şərait yaradar.

Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhakın görüşündə səsləndirilib. Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı birgə layihələrin reallaşdırılması, məlumatların operativ mübadiləsi məsələləri müzakirə olunub.

Qonağa AZƏRTAC-ın fəaliyyəti və dünya informasiya məkanında mövqeyi barədə məlumat veri­lib. Bildirilib ki, agentliyimiz bir sıra beynəlxalq və regional media qurum­ları çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində Əlcəzair Xəbər Agentliyi (APS) ilə əməkdaşlıq edir. Bu münasibətlərin ikitərəfli müstəviyə keçirilməsi, Azərbaycan və Əlcəzairin aparıcı informasiya agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşı­lıqlı xəbər mübadiləsi hər iki tərəf üçün faydalı olar.

Azərbaycanla bağlı məlumatları AZƏRTAC-ın saytında ərəb və fransız dillərində əldə etdiyini deyən Salima Ab­delhak agentliyin Əlcəzair haqqında da xəbərlər yaymasından məmnunluğunu ifadə edib. “AZƏRTAC ilə APS agent­liyi arasında daha sıx əlaqələr qurul­masını istərdik. Düşünürəm ki, xəbər mübadiləsinin üçüncü tərəf vasitəsilə deyil, birbaşa iki agentlik arasında aparıl­ması önəmlidir”, – deyə diplomat bildirib.

Görüşdə, həmçinin informasiya sahəsində əməkdaşlığın perspektivləri, medianın inkişafındakı tendensiya­lar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

16 Yanvar 2021 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə