Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 494 nəfər müalicə olunaraq sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 226 min 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 213 min 773 nəfər müalicə olunaraq sağalıb, 2983 nəfər vəfat edib. Aktiv xəstə sayı 9793 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 302 min 843 test aparılıb. Dünənki test sayı isə 7231-dir.

“Xalq qəzeti”

15 Yanvar 2021 23:59 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə