Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Yanvarın 16-da

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək,günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 4-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xo­calı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 5-9° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağ­dam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-5, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayon­larında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-5, gündüz 7-11° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şir­van, Hacıqabul, Salyan, Neftçala rayonların­da əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 1-5, gündüz 8-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-7, gündüz 10-15, dağlarda gecə 7-9, gündüz 12-15° isti olacaq.

 

15 Yanvar 2021 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə