Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC 2021-ci ildə Sumqayıt şəhər təhlükəsiz tullantılar poliqonunda zibil quyularının üstünün örtülməsi üçün torpağın satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot- 1. Zibil quyularının üstünün örtülməsi üçün torpağın satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağ­lamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanla­rına malik olmalıdırlar.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın sonuna qədərdir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- Rəfail Şamıyev, ünvan- Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 2.

E-mail: [email protected]

Telefon- iş 018 65 4-52-84 , mobil 055 248-62-62.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqı­nı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 250 manatdır.

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilat- Sumqayıt Şəhər İH MKTİB-in “Təmizlik Departamenti” MMC

“Kapital Bank”ın 1 saylı Sumqayıt filialı

Kod-200253

VÖEN- 9900003611

M/h- AZ37NABZO1350100000000001944

H/h- AZ41AİİB33010019442501763125

VÖEN-2900258081

SWIFT BİK - BİK AII BAZ 2X

Malgöndərənlər (podratçılar) iddiaçı sta­tusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti ten­der təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olu­nan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddia­çıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olma­ması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 8 fevral 2021- ci il saat 10.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 16 fevral 2021-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 17 fevral 2021-ci il saat 10.00-da elektron portal vasitəsilə açıla­caqdır.

Tender komissiyası

16 Yanvar 2021 00:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə