Ən son xəbərlər
TASS-ın yaydığı məlumata görə, Ohayo ştatının alimləri koronavirusun daha iki yeni mutasiyasını aşkar ediblər.
ABŞ alimlərinin bildirdiyinə görə, onlardan biri “Britaniya ştammı”na oxşayır, digəri isə daha yoluxucudur. Məlumatda qeyd edilir ki, mutasiyalardan biri “Britaniya ştammı”na bənzəsə də, böyük ehtimalla ABŞ-da meydana gəlib. Digər mutasiya isə əvvəllər SARS-Cov-2-də rast gəlinməyən üç genetik mutasiyaya sahibdir. Tədqiqatçılar bu mutasiyaların peyvəndlərin effektivliyinə təsir edəcəyinə inanmaq üçün hələ hansısa səbəblərin olmadığını vurğulayıblar.
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV Ağ Evin COVID-19 problemi ilə məşğul olan işçi qrupunun hesabatına istinad edərək, ABŞ-da orijinal versiyadan 1,5 dəfə daha fəal yayılmış yeni, daha çox yoluxucu bir koronavirus növünün yarana biləcəyini bildirmişdilər. Ancaq ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu məlumatları təkzib etmişdi.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə