Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Havada toz dumanı müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 14-də cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub.

Yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən, Bakıda tozun miqdarı gün ərzində normadan 1,5 dəfə artıq olduğu qeydə alınıb. Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4,5-5,1 dəfə yüksək olub, hazırda normadan 1,7 dəfə artıq­dır.

Qeyd edək ki, yanvarın 15-də cənub-qərb istiqamətli hava cərəyanlarının üstünlüyü nəticəsində ölkə ərazisində tozun miqdarının normadan bir qədər çox olması müşahidə edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

15 Yanvar 2021 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə