Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada pandemiya ilə bağlı qanun layihəsi hazırlanıb

RİA “Novosti”nin yaydığı məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar Yaponiyada tətbiq olunan məhdudiyyətləri pozanların cərimələnməsi barədə qanun layihəsi hazırlanıb.

Məlumata görə, yeni qanun layihəsində qeyd edilən əlavələri müzakirə etmək üçün ölkənin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi mütəxəssislərlə məsləhətləşmələr aparıb. Qeyd edilir ki, Yoluxucu Xəstəliklər Barədə Qanuna təklif edilən əlavələrdə koronavirusun aşkar edildiyi vətəndaşlar əməkdaşlıqdan imtina edəcəyi təqdirdə onların həbsi və ya cərimə olunması nəzərdə tutulur. Görüşdə iştirak edən mütəxəssislər hökumətin təqdim etdiyi planı əsasən bəyənsələr də, cəzanın tətbiqi zamanı ciddi araşdırmaların aparılmasının zəruriliyini də qeyd ediblər.

Bildirilib ki, parlamentin gələn həftə keçiriləcək iclası ərəfəsində hakim və mü­xalif partiyalara göndərdiyi əlavələrdə xəstəxanaya yerləşdirilməkdən imtina edənlərə qarşı 1 milyon yen (təqribən 9600 dollar) cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur. Səhiyyə müəssisələrinə səhhəti ilə bağlı yalan informasiya verənlərə qarşı isə 500 min yen (təqribən 4800 dollar) cərimə və ya altı ay müddətinə həbs tədbiri görüləcək.

Qeyd edilir ki, qanun­da yer alan bəzi ifadələrin sərtləşdirilməsi də nəzərdə tutulur. Belə ki, hazırkı qanun layihəsində hökumət struk­turlarının xəstəxanalardan daha çox çarpayı azad etmək barədə “xahiş etməsi” ifadəsi “tövsiyə etməsi” ifadəsi ilə əvəz olunacaq. Bu tövsiyəni yerinə yetirməyən xəstəxanalar isə ictimai qınaq obyektinə çevriləcək. Yaponiya Nazirlər Kabinetinin baş katibi Kat­sunobu Kato yanvarın 15-də keçirilən mətbuat konfransı za­manı bildirib ki, belə tədbirlərin müzakirəyə çıxarılması çox zəruridir. Həmçinin koronavi­rusla mübarizə çərçivəsində məsafədən işə və iş vaxtının azaldılması barədə tövsiyələrə əməl etməyən müəssisələrə qarşı cəza tədbirlərinin görülməsi barədə təklifin də qa­nuna əlavə olunması nəzərdə tutulur.

Xatırladaq ki, Yaponiyada koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq üçün Tokio və Osaka da daxil olmaqla 13 prefekturada fövqəladə vəziyyət rejimi tətbiq olunub. Son məlumatlara görə ölkədə virusa yoluxanların ümu­mi sayı 300 min nəfəri ötüb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

15 Yanvar 2021 23:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Fevral 2021 | 03:23
Daxili turizmlə bağlı proqnoz
24 Fevral 2021 | 03:03
BMT-nin dəstəyi davam edəcək
23 Fevral 2021 | 06:20
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə