Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

M.ÇAVUŞOĞLU: Ankara ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığa hazırdır

“ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden ölkəsinin daxili və xarici siyasəti üçün kritik bir dönəmdə ali vəzifəsinin icrasına başlayır. Ankara ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığa hazırdır”. Bu fikri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” nəşrinə müsahibəsində bildirib.

M.Çavuşoğlu hesab edir ki, C.Bayden administrasiyası üçün ilk mərhələdə yeni koronavirus pandemiyası ilə mübarizə və başqa mühüm daxili problemlər prioritet təşkil edəcək. Lakin beynəlxalq arenada bir çox mühüm məsələlər mövcuddur ki, onların həllini yubatmaq olmaz.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri xatırladıb ki, onun ölkəsi ilə ABŞ arasında əməkdaşlığın zəngin ənənələri var. İki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan bu tərəfdaşlıq artıq ta­rixin çətin sınaqlarından çıxıb. Ankara bun­dan sonra səmimi dostluq münasibətlərini davam etdirmək əzmindədir.

Bununla belə, M.Çavuşoğlu qeyd edib ki, ABŞ-ın Abdullah Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatı və PKK-nın Suriya qa­nadı olan YPG yaraqlıları ilə əməkdaşlığı Türkiyənin milli təhlükəsizliyi üçün birbaşa təhdid törədir. Türkiyəli nazir rəsmi Va­şinqtonu bu amili mütləq nəzərə almağa çağırıb.

M.Çavuşoğlu vurğulayıb ki, Ankara iki ölkə arasında bütün məsələlərin dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarıdır. O, ölkəsinin strateji tərəfdaşı sayılan ABŞ-ın Türkiyəyə qarşı sanksiyaslar tətbiq etməsini pisləyərək Ağ evin bu il yanvarın 20-də fəaliyyətə başlayacaq yeni administ­rasiyanın həmin yanlışlığı aradan qaldıra­cağına ümid etdiyini bildirib.

Türkiyənin Xarici İşlər naziri sözügedən müsahibənin sonunda bildirib ki, o, ABŞ Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş Entoni Blinken və onun komandası ilə sıx və səmərəli əməkdaşlığın başlanacağı günü səbirsizliklə gözləyir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

15 Yanvar 2021 23:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Fevral 2021 | 03:23
Daxili turizmlə bağlı proqnoz
24 Fevral 2021 | 03:03
BMT-nin dəstəyi davam edəcək
23 Fevral 2021 | 06:20
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə