Ən son xəbərlər
“Real” klubunun futbolçusu Luka Yoviç karyerasını Almaniyada davam etdirəcək. Məlumata görə, serbiyalı hücumçu sabiq komandası “Ayntraxt”a keçəcək. Frankfurt təmsilçisinin idman direktoru Fredi Bobiç Almaniya mətbuatına açıqlamasında Yoviçi mövsümün sonuna qədər icarəyə götürəcəklərini bildirib: “Yoviçi yaya qədər icarəyə götürəcəyik. Hələ bir az işimiz qalıb, tibbi müayinədən uğurla keçdikdən sonra hər şey qaydasında olsa, bizimlə müqavilə imzalayacaq”.
Qeyd edək ki, Yoviç, 2017-2019-cu illərdə “Ayntraxt”da çıxış edib. Serbiyalı forvard 2019-cu ilin yayında 60 milyon avro qarşılığında “Real”a keçib. Yoviç Madrid klubunda bu mövsüm 5 oyuna çıxıb.
Xəbəri “goal.com” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə