Ən son xəbərlər
Qırğızıstanda ötən bazar günü keçirilmiş prezident idarə üsulu ilə bağlı referendumun nəticələri açıqlanıb. Bildirilir ki, bülletenlərin 100 faizinin hesablanmasından sonra seçicilərin 80 faizdən çoxunun səsləri hesablanıb.
Qeyd edilir ki, MSK-ya 2 474 seçki məntəqəsindən protokollar daxil olub. Hesablamalara əsasən seçicilərin 84,11 faizi ölkədə prezident idarə üsuluna səs verib, 11,27 faiz seçici parlament respublikasını seçib, 4,61 faiz seçici isə “hər iki varianta qarşı" səs verib.
Qırğızıstanın hazırkı Konstitusiyası 2010-cu ildə referendum yolu ilə qəbul edilib. Ölkənin ana yasasında idarə üsulunun hər hansı forması təsbit olunmayıb. Rəsmi mənbələrdə göstərilir ki, Qırğızıstan parlament respublikasıdır, amma faktiki olaraq ölkədə qarışıq - prezident-parlament idarə üsulu mövcuddur.
Xəbəri TASS yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə