Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa portalı Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazıb

Polşanın “new.org.pl” portalında “Dağlıq Qarabağ uğrunda müharibə Polşa jurnalistikasının əyri güzgüsündə” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi Şəhla Kazımovanın müəllifi olduğu məqalədə Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Ermənistan və onun havadarlarının BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarını icra etməməsi, Dağlıq Qarabağda status-kvonun saxlanılmasına cəhdlər göstərməsi öz tarixi torpaqlarına həsrət qalmış Azərbaycan xalqının sülhə inamını azaltmışdı. Diqqətə çatdırılıb ki, münaqişəyə dini don geyindirilməsi əsassızdır, Ermənistan siyasi rəhbərliyinin yolverilməz bəyanatları və Azərbaycana qarşı genişmiqyaslı təxribatları ötən il genişmiqyaslı müharibəyə gətirib çıxarıb.

Məqalədə hadisələrə qərəzli yanaşmalara da toxunulub. Müəllif vurğulayıb ki, Qarabağ münaqişəsi ilə bağlı faktların təhrif edilməsinin səbəbi informasiya selində Cənubi Qafqazla illərdir peşəkarcasına məşğul olan analitiklərin səsinin Yaxın Şərq üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən boğulmasıdır. “Bu bölgə haqqında formalaşdırılmış stereotiplər, hər iki xalq üçün ağrılı nəticələr doğurmuş qarşıdurmanın dərk olunmasına yardım etmir. Ən pisi isə odur ki, bu, gələcək dialoqun qurulmasında münaqişə tərəflərini dəstəkləmir”, - deyə müəllif əlavə edib.

15 Yanvar 2021 17:03 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə