Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarusun xarici işlər naziri Vladimir Makey Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla görüşüb

Tərəflər qarşıdakı ali və yüksək səviyyələrdə ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər.

Bu barədə Belarus XİN-in mətbuat xidmətindən bildiriblər.

Ticari-iqtisadi əməkdaşlığa və onun 2020-ci ildə yekunlarına xüsusi diqqət ayrılıb. COVID-19 koronavirusunun yayılmasının qarşısının alınması istiqamətində iki ölkədə görülən tədbirlər barədə məlumat mübadiləsi aparılıb.

Görüşdə, həmçinin 2021-ci ildə xarici siyasət qurumlarının əməkdaşlığının gündəliyində duran məsələlər, o cümlədən müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət də müzakirə edilib.

Görüşün yekunlarına əsasən Belarus-Azərbaycan strateji əməkdaşlığının siyasi, ticari-iqtisadi və humanitar sahələrdə bundan sonrakı inkişafı ilə bağlı tədbirlər müəyyən edilib.

15 Yanvar 2021 16:22 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə