Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər muzeyi və memorial kompleksin inşasına start verildi

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Bakının əsas prospektlərindən biri hesab olunan Nobel prospektində yerləşəcək. Sözügedən prospektlə Ağ şəhər bulvarı arasında olan ərazidə yeni park salınır, muzey və kompleks də həmin parkda inşa ediləcək. Artıq bir neçə gündür ki, işlərə start verilib və Vətən müharibəsində ələ keçirilmiş düşmənin hərbi texnikaları əraziyə gətirilib.

İlkin ehtimallara görə, hərbi texnikalar açıq havada nümayiş olunacaq.

Xatırladaq ki, dekabrın 3-də Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılsın.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

“Xalq qəzeti”

15 Yanvar 2021 15:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə