Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nizami Gəncəvi İli” ICESCO ilə birlikdə qeyd ediləcək

“Bu il Azərbaycanda “Nizami Gəncəvi İli”dir. Həmçinin Nizami Gəncəvinin 880 illiyidir. Biz razılaşdıq ki, bu ili ICESCO ilə birlikdə qeyd edək”. Bunu brifinqdə mədəniyyət naziri Anar Kərimov deyib.

“Biz Nizami Gəncəvi Forumunun keçirilməsinə dəvət almışıq. O, çox nadir şəxslərdən biridir”, - ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 Yanvar 2021 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə