Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeydə “Elmi məqalələrin yazılması, jurnal seçimi və çapa təqdim edilməsi üçün praktik tövsiyyələr” adlı seminar keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə muzeyin yeni doktorant və dissertantları üçün akademik yazı ilə bağlı praktik tövsiyyələri ehtiva edən “Elmi məqalələrin yazılması, jurnal seçimi və çapa təqdim edilməsi üçün praktik tövsiyyələr” adlı onlayn seminar keçirilib.

İclası giriş sözü ilə açan Gənc alim və mütəxəssislər şurasının sədri Dilbər Hüseynova 2020-ci ildə şuranın təşkilatçılığı ilə baş tutan tədbirlərin, eləcə də üzvlərin fərdi şəkildə gördüyü işlər barədə hesabatların qənaətbəxş olduğunu bildirib. O, qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən ənənəvi iş rejimi olmamasına baxmayaraq, muzeyin gənc alimlərinin yerli və xarici jurnallarda məqalə çapı, beynəlxalq və yerli konfranslarda iştirakı ötən ildə də yetərli olub: Gənc alimlərin, xüsusən də yeni qəbul olan doktorant və dissertantların aktivliyini daha da artırmaq, elmi işlərini bir qədər də sürətləndirmək üçün praktik xarakterli maarifləndirici seminar keçirilməsi qərara alınıb”.

Tədbirdə Gənc alim və mütəxəssislər şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva çıxış edərək diktorantlara lazım olan ədəbiyyatın toplanması, elmi məqalənin yazılması zamanı diqqət yetirməli məqamlardan, məqalələrin xarici dillərə tərcüməsi ilə bağlı üzləşdikləri çətinliklərin aradan qaldırılması yollarından,  xarici və yeril KİV-də jurnalların düzgün seçilməsi və çapa təqdim edilməsi ilə bağlı praktik metodlarla bağlı tövsiyyələrini çatdırıb. Elmi məqalələrin çapı zamanı mütləq Ali Attestasiya Komissiyasının təsdiq etdiyi mətbu orqanalrın seçilməsinin vacibliyi vurğulandı.

Seminarda onlayn rejimdə işləyən ölkə kitabxanalarından materilalların sifarişi, “Google Scholar”, “ORCİD” kimi beynəlxalq platformalardan istifadə imkanları barədə də ətraflı müzakirlər aparılıb.

Sonda doktorant və dissertantların sualları şuranın təcrübəli üzvləri tərəfindən cavablandırılıb, belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışılıb.

Qabil Yusifoğlu,
“Xalq qəzeti”

15 Yanvar 2021 15:05 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə