Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkarların güzəştli kreditləşdirilməsi davam etdirilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ötən illərdə olduğu kimi, 2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyətini davam etdirib.

Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan verir.

2020-ci ildə güzəştli kreditlərin 58 faizi aqrar sektorun, 42 faizi  sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79 faizi regionların, 21 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Sahibkarların güzəştli kreditləşdirilməsi bu ildə də davam etdiriləcəkdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

15 Yanvar 2021 13:34 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 Fevral 2021 | 11:59
Azərbaycan nefti bahalaşıb
27 Fevral 2021 | 10:49
Azərbaycan nefti ucuzlaşıb
25 Fevral 2021 | 09:39
Qazın ucuzlaşması davam edir
25 Fevral 2021 | 09:35
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə