Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş infeksionist: İnsanlar koronavirusun nə qədər ciddi olduğunu artıq başa düşüblər

Vətəndaşların karantin rejiminə ciddi əməl etməsi koronavirusa yoluxma hallarının qarşısını aldı.

Baş infeksionist Təyyar Eyvazov bildirib ki, artıq sağalanların sayı yoluxanların sayını xeyli üstələyib və o cümlədən aktiv xəstələrin sayında da ciddi azalma var: “Yoluxmanın pik vaxtlarında aktiv xəstə sayı 62 mindən yuxarı idisə, bu gün artıq 10 min ətrafındadır. Eyni zamanda test sayına görə yeni yoluxanların faiz baxımından azalması da dinamikanın müsbət istiqamətdə olmasından məlumat verir”.

Baş infeksionist qeyd edib ki, müsbət tendensiyanın əsas səbəblərindən biri maarifləndirmə işlərinin düzgün aparılmasıdır: “Karantin rejimi sərtləşdirildikdən sonra, insanlar ən sadə qaydalara belə ciddi yanaşdılar. Eyni zamanda şəxsi təcrübə də çoxalıb. İnsanların ətrafındakılar bu infeksiyaya yoluxduqca, onlar xəstəliyin nə qədər ciddi olduğunu başa düşdülər”.

“Xalq qəzeti”

15 Yanvar 2021 13:32 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə