Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti mükafatlandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib. Görüş Ağdam rayon Dövlət Yanğından Mühafizə hissəsində təşkil olunub.Vətən müharibəsi zamanı göstərdikləri xidmətlərinə görə yanğınsöndürənlər FHN işçilərin  Həmkarlar İttifaqı  tərəfindən mükafatlandırılıb.

FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun da iştirak etdiyi görüşdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun gücü sayəsində qazanılan qələbədən söhbət açılıb. Bu Qələbənin həm də xalq-ordu birliyinin bariz nümunəsi olduğu bildirilirb. Dövlət başçısının ətrafında sıx birləşən hər bir qurum, hər bir vətəndaş torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibsində və qazanılan Qələbədə  əlindən gələni əsirgəmədi. Düşmən təxribatının qarşısının alınması məqsədilə başlayan əks-hücum qısa zamanda cəbhədən gələn Qələbə xəbərlərinin eşidilməsinə səbəb oldu.

Döyüşlər ərəfəsində  işğaıçı Ermənistan ordusunun  dinc əhaliyə qarşı törətdiyi faktlardan da söhbət açılıb. Bildirilib ki, Ağdam rayonu düşmən atəşinə ən çox məruz qalan ərazilərdən biri oldu. Şanlı Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən birbaşa dinc əhalini hədəf seçirdi. Buna baxmayaraq, hər hansı düşmən əməli sakinlərimizi qorxutmadı. Qırx dörd günlük müharibənin sonunda Zəfər yürüşünün qələbə sevincini eşitdik və torpaqlarımız işğaldan azad olundu.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mehmandar Nəsirli qeyd edib ki, qurumun heyəti Vətən müharibəsində gücləndirilmiş iş rejimində çalışıb. Erməni təxribatı zamanı evlərdə, dövlət əhəmiyyətli obyektlərdə, təsərrüfatlarda partlayış və yanğınlar olurdu və yanğınsöndürənlər dərhal həmin ərazilərə cəlb edilirdi. Şəxsi heyət öz vəzifəsinin öhdəsindən layiqincə gəldi.

“Bu gün də qürurla qalib dövlətin işçiləri kimi xidmətimizi davam etdiririk. Hazırda azad edilən ərazilərdə də bölməmiz fəaliyyətə başlayıb. Bu da bizim üçün böyük fəxrdir”, - deyə Mehmandar Nəsirli bildirib.

FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında deyib ki, nazirliyin bir çox qurumları var və onların vəzifələri fövqəladə vəziyyətlərdə, xüsusi riskli hallarda insanların həyatlarını xilas etməkdən ibarətdir. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da bu çətin və şərəfli peşə sahibləri arasında yer alır. Onların Vətən müharibəsində göstərdiyi xidmət təqdirəlayiqdir.

“Elə bu məqsədlə döyüşlər ərəfəsində cəbhəboyu zonada xidməti ilə seçilən əməkdaşlarımızla görüşlərə başlamışıq və bu gün Ağdam rayonunda yanğından mühafizə xidmətinin qəhrəmanları ilə görüşürük. Məlumdur ki, düşmən tərəfindən törədilən təxribatlara daha çox məruz qalan ərazilər arasında Ağdam da yer alır. O çətin günlərdə əməkdaşlarımızın da xidmətləri xüsusi qeyd olunmalıdır. Ona görə də əməkdaşlarımızın xidmətlərini dəyərləndirmək üçün belə görüşlər keçiririk”, - deyə Mehman İsmayılov qeyd edib.

Görüş çərçivəsində Ağdam rayon Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

15 Yanvar 2021 10:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə