Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İslahatlar Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcək”

Türkiyənin Sənaye və texnologiyalar naziri Mustafa Varank cari ilin iqtisadi proqnozları ilə bağlı fikirlərini mediaya açıqlayıb. Onun sözlərinə görə, ölkədə aparılan hərtərəfli islahatlar Türkiyə iqtisadiyyatına artıq müsbət təsir göstərməyə başlayıb. Xəbəri “Anadolu” agentliyi yayıb.

M.Varank əmin oldu­ğunu bildirib ki, 2021-ci il Türkiyənin iqtisadi inkişafın­da “Sıçrayış ili” olacaq. Nazir fikrini onunla əsaslandırıb ki, son aylar ərzində Türkiyədə qanunvericilik və iqtisadiy­yat sahələrində aparılan geniş islahatlar, yeni ko­ronavirus pandemiyasına qarşı peyvəndləmənin kütləvi təşkili və s. amillər ölkənin iqtisadi vəziyyətini yaxşılaş­dıracaq.

Nazir konkret rəqəmlər göstərərək qeyd edib ki, məlum çətinliklərə baxma­yaraq, Türkiyədə ötən il sənaye istehsalının indeksi illik hesablamada 11 faiz artıb. Bu göstərici keçən ilin noyabr ayında daha yüksək olub, yəni 1,3 faiz təşkil edib. 2020-ci ilin noyabrında ölkədə pərakəndə satışın həcmi bir il əvvəlki göstərici ilə müqayisədə 11,9 faiz yüksəlib. Bu dövrdə qeyri-ərzaq məhsullarının satışı isə 13,8 faiz çoxalıb. M.Varankın sözlərinə görə, qeyd olunan göstəricilər bazar proqnozla­rından yüksəkdir.

Sənaye və texnologiyalar naziri həmçinin bildirib ki, Türkiyədə sənaye isteh­salının artım sürəti qlobal iqtisadi inkişaf templərindən yüksəkdir. Türkiyə hökumətinin indi qarşısında duran əsas vəzifə ölkədə sənaye inkişafının yüksək templərini qoruyub saxla­maqdır.

Son vaxtlar Fars körfəzində yerləşən ölkələr arasında əlaqələrin genişlənməsi, xüsusilə bir sıra ərəb ölkələrinin Qətər dövləti ilə münasibətlərinin normal məcraya düşməsi Türkiyə iqtisadiyyatının inki­şafına müsbət təsir göstərə bilər. Belə ki, regionda günəş və nüvə enerjisi, neft-kimya və s. sahələrdə həyata keçiriləcək bir çox iri layihələrdə Türkiyə geniş təmsil oluna bilər.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

15 Yanvar 2021 03:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə