Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nümayəndələr Palatası Donald Trampa qarşı impiçment elan edib

ABŞ Konqresi Nümayəndələr Palatası üzvlərinin əksəriyyəti Prezident Donald Trampa qarşı impiçment elan olunması haqqında qətnaməni bəyənib. Bundan sonra sənəd baxılmaq üçün yuxarı palataya – Senata göndəriləcək. Məlumatı “İnterfaks.ru” verib.

Məlumata görə, qətnamənin lehinə 232, əleyhinə isə 197 konqres­men səs verib. İmpiçmenti dəstəkləyənlər arasında on nəfər respublikaçı da var. Qətnamədə Prezident Tramp keçən həftə insanları Kapitolidə qarşıdurmaya təhrik etməkdə günahlandırılır.

Qeyd edək ki, impiçmentlə bağlı məsələ Senata ötürüldükdən sonra burada məhkəmə prosesi başlaya­caq. Ancaq Nümayəndələr Palatasına nisbətən Senatda impiçment tərəfdarları azdır. Ona görə də burada impiç­ment barədə təklif, hər şeydən əvvəl, ya rədd ediləcək, ya da məsələyə baxılması yeni prezidentin vəzifəsinin icrasına başlamasına qədər uzadıla­caq. Artıq Senatdakı respub­likaçı çoxluğun lideri Mitç Makkonell də bəyan edib ki, bu məsələyə baxılması üçün yuxarı palatanın təcili iclasını çağırmayacaq.

Onu da xatırladaq ki, Sena­tın növbəti iclası yanvarın 19- na, yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi isə yanvarın 20-nə planlaşdı­rılır.

Prezident Tramp özünə qarşı impiçment elan olunma­sından sonra xüsusi müraciətlə çıxış edərək bildirib ki, onun əsl tərəfdarları siyasi zora­kılıqda iştirak edə bilməzlər: “Mən keçən həftə Kapitolidə baş verənləri pisləyirəm. Bizim ölkədə qəddarlığa yer olmamalıdır. Mənim əsl tərəfdarlarımdan heç kim siyasi zorakılığın iştirakçısı ola, hüquq-mühafizə orqanlarına və bizim Amerika bayrağına qarşı hörmətsizliyi dəstəkləyə və bizim vətəndaşları incidə bilməz”.

O əlavə edib ki, Kapitoliyə hücumda iştirak etmiş şəxslər məsuliyyətə cəlb olunacaq­lar. Tramp, eyni zamanda, tərəfdarlarını sakitləşməyə, gərginliyi azaltmağa və ölkədə sülhün bərpasına kömək etməyə çağırıb. O, Baydenin andiçmə mərasimi zamanı qay­daların dəstəklənməsi üçün fe­deral orqanlara lazımi göstəriş verdiyini də bəyan edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

15 Yanvar 2021 03:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə