Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlverişsiz hava şəraiti Rusiyanın regionlarında fəsadlar yaradıb

Anomal Sibir siklonu – qar çovğunu, güclü külək və yüksək şaxta Rusiyanın regionlarında fəsadlar yaradıb.

Saxalində aviareyslər təxirə salınıb. Yakutiyada 50 dərəcə şaxta hökm sürür. Məktəblər bağlanıb. Saratov vilayətində nəqliyyatın hərəkəti iflic olub. Penza vilayətində təhlükəli hava şəraiti elan edilib.

Ulyanovsk vilayətinin 25 məntəqəsində xilasedicilər çalışırlar. Leninqrad vilayətində 25 dərəcə şaxta hökm sürür. Qar çovğunu həyatı iflic edib. Belqorod və Volqoqrad vilayətlərində də vəziyyət gərgindir.

Soyuq və əlverişsiz hava şəraiti paytaxt Moskvada da fəsadlar törədib. Paytaxtda 14 dərəcə şaxta qeydə alınıb. Normadan artıq yağıntı düşüb. Nəqliyyatın hərəkəti iflic olub.

Sinoptiklərin proqnozlarına görə, soyuq və əlverişsiz hava şəraiti hələ bir neçə gün davam edəcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

15 Yanvar 2021 03:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə