Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mafiyaya qarşı ən böyük məhkəmə prosesi

İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda son illər ölkə tarixində mafiyaya qarşı həyata keçirilən ən böyük məhkəmə proseslərindən birinə start verilib. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

Bildirilir, bu regionda fəaliyyət göstərən “Ndranqe­ta” mafiyasının yüzlərlə üzvü və onlarla əlbir olan şəxslər məhkəmə qarşısına çıxarıla­caq. Onlara qarşı qətl, adam öldürməyə cəhd, narkotik vasitələrin saxlanılması, satışı və dövriyyəsi, vəzifə səlahiyyətindən sui-istifadə, çirkli pulların yuyulması və digər maddələr üzrə cinayət işi açılıb.

Ümumilikdə, 355 nəfərə qarşı aparılan məhkəmə işində 400-dən artıq vəkil iştirak edəcək, 900-dək şəxs isə şahid qismində ifadə verəcək.

Qeyd olunur ki, məhkəmə prosesi Kalabriya regio­nunda yerləşən Lametsia Terme şəhərində baş tuta­caq. Ədliyyə orqanlarının diqqət mərkəzində yüzlərlə müttəhim arasında çoxsaylı “Ndranqeta” klanları arasında xüsusi nüfuzu olan Mankuzo ailəsi və onların əlaltıları da­yanır. Müttəhim kürsüsündə oturanlar arasında həmçinin bu ailənin başçısı “dayı“ ləqəbli Luici Mankuzo da var.

“Ndranqeta“ dünyanın ən güclü mafiya təşkilatlarından biridir və beynəlxalq narkotik vasitələr ticarətində dominant mövqeyi ilə yanaşı, silah satışı, çirkli pulların yuyulma­sı, insan alveri və korrupsiya vasitəsilə böyük sərvət əldə edib. Ekspertlərin rəyinə görə, “Ndranqeta”nın dünya üzrə illik dövriyyəsi 50–100 milyard avro arasındadır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

15 Yanvar 2021 03:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə