Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəzaya uğramış təyyarə barədə hesabat açıqlanacaq

2021-ci il yanvarın 9-da Yava dənizində qəzaya uğrayan İndoneziyaya məxsus sərnişin təyyarəsi barədə ilkin hesabat faciənin baş verməsindən sonra 30 gün ərzində açıqlanacaq.

Bu barədə İndoneziyanın Nəqliyyatda Təhlükəsizlik Üzrə Milli Komitəsinin sədr müavini Nurkahio Uto­mo açıqlama verib: “Biz uçuşların təhlükəsizliyi üzrə beynəlxalq norma­lara müvafiq olaraq yaxın 30 gün ərzində istintaqın gedişi barədə ictimaiyyəti məlumatlandırmaq niyyətindəyik”.

Bununla yanaşı, o qeyd edib ki, hesabatda qəzanın səbəbləri barədə müstəntiqlərin rəyi, baş ver­miş faciənin təhlili öz əksini tapmaya bilər. Çünki bunun üçün daha uzun müddətə ehtiyac var.

Komitə sədri Soercanto Tacahono isə bəyan edib ki, yanvarın 12-də aşkar edilən “qara qutu”nun şifrəsinin açılması 5 gün vaxt tələb edir. Bununla yanaşı, dalğıc­ların pilotların kabinəsində aparılmış danışıqları qeydə alan ikinci “qara qutu”nu hava şəraitinin pisləşməsi ilə əlaqədar hələlik aşkar edə bilmədikləri də qeyd edilir.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

15 Yanvar 2021 03:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə