Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 10 ilin ən yaxşı pleymekeri

“Barselona” klubunun futbol­çusu Lionel Messi son 10 ilin ən yaxşı oyun quru­cusu (pleymeker) seçilib. Bunu Beynəlxalq Futbol Tarixi və Statis­tikaları Federa­siyası (IFFHS) açıqlayıb. Təşkilat qalibi müəyyənləşdirərkən əvvəlki illərin göstəricilərini də nəzərə alıb. Argentinalı hücumçu 2015- 2017-ci və 2019-cu illərdə ən yaxşı oyun qurucusu seçilib. O, 2011-ci, 2014-cü, 2018-ci və 2020-ci illərdə isə ikinci olub.

Siyahıda “Barselona”nın sabiq futbolçusu Andres İnyesta ikinci, “Real Madrid”in yarımmüdafiəçi Luka Modriç isə üçüncü pillədə qərarlaşıblar.

Xəbəri “Futbolhd.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

15 Yanvar 2021 03:48 - İDMAN
İDMAN
28 Fevral 2021 | 01:11
Messi rəqiblərini qabaqlayır

Köhnə versiyamızdan xəbərləri izlə