Ən son xəbərlər
Türkiyədə koronavirus pandemiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksininin tətbiqinə icazə verilib. B barədə Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatı qərar qəbul edib. Bildirilir ki, ölkəyə gətirilən 3 milyon doza “Sinovac” peyvəndinin laboratoriya yoxlaması keçirilib və hər hansı problem aşkarlanmayıb.
Qeyd edilir ki, kütləvi peyvəndləmə çərçivəsində ilk peyvənd səhiyyə naziri Fahrettin Kocaya vurulacaq.
Məlumatı “Anadolu” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə