Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC 2020-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid in­ternet portalına (portal) elektron imza­ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 300 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

H/h- AZ30AZ­PO91015461200420100063

VÖEN- 9900048721

Bank- “Azərpoçt” MMC PF 1

Kod- 691011

VÖEN-9900037711

M/h-AZ76NABZ 01350100000000094944

S.W.İ.F.T:AZPOAZ22

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınma­dan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olma­ması barədə vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası­nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 5 fevral 2021-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 15 fevral 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 fevral 2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

15 Yanvar 2021 03:45 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Fevral 2021 | 08:59
BİLDİRİŞ
27 Fevral 2021 | 08:57
BİLDİRİŞ
27 Fevral 2021 | 08:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə