Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Qərargah rəisi: Pakistan hər zaman Azərbaycanın yanında olub və onun haqlı mövqeyini dəstəkləyib

Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Ordu generalı Qamar Cavid Bacva Vətən müharibəsində böyük Qələbəyə görə təbriklərini nazir Ceyhun Bayramo­va çatdırıb. Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və Pakistan ordusunun ölkəmizə verdiyi mənəvi dəstəyi və həmrəyliyi ifadə edib.

Nazir Ceyhun Bayramov təbriklərə görə təşəkkürünü bildirib. Nazir Ermənistan–Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verib. Həmçinin nazir Pakistan tərəfinə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini birmənalı dəstəklədiyi və nü­mayiş etdirdiyi mənəvi dəstəyə görə dərin təşəkkürünü ifadə edib.

Tərəflər hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

15 Yanvar 2021 03:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə