Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Yaponiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Cuniçi Vada ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir səfirə diplo­matik fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və qarşı­lıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

15 Yanvar 2021 03:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə