Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın xarici işlər naziri Pakistan Prezidenti ilə görüşüb

Pakistana rəsmi səfəri çərçivəsində yanvarın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Pakistan Prezidenti Arif Alvi səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib və Azərbaycan Prezidentini Pakis­tanda qəbul etməkdən məmnunluq duyacağını bildirib. O, Azərbaycanın ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə təbrik edib.

Arif Alvi Qoşulmama Hərəkatının Bakıda keçirilən dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirakını və bu zaman Azərbaycan Respublikasının Prezidenti ilə görüşü­nü xatırladıb, Azərbaycanın dövlət başçısının uzaqgörən siyasətçi oldu­ğunu xüsusilə vurğulayıb.

Hər iki ölkənin regional münaqişələrin beynəlxalq hüqu­qun prinsipləri əsasında həllinə dair mövqeləri və bu xüsusda nümayiş olunan qarşılıqlı dəstək qeyd olunub. Pakistan Preziden­ti, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğu­layıb.

Ceyhun Bayramov, öz növbəsində Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin səmimi salam­larını Pakistanın dövlət başçısına çatdırıb. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi vurğulayan nazir xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş ölkə Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyi və İslam Əməkdaşlıq Təşkilatının müvafiq kontakt qrupu çərçivəsində iştirakımız qeyd olunub.

Azərbaycanın işğal edilmiş ərazilərində bərpa və reabilitasiya işlərinin həyata keçirilməsindən bəhs edən nazir Ceyhun Bayramov hazırkı mərhələdə dost ölkələrin bu fəaliyyətə cəlb oluna biləcəyini qeyd edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inki­şaf etdirilməsi üzrə qətiyyətli olduqla­rını ifadə ediblər.

15 Yanvar 2021 03:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə