Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın diplomatik uğurları ölkəmizin dünyadakı mövqeyini daha da möhkəmləndirir

Yanvarın 11- də Moskvada Rusiya Prezidenti Vladimir Putin,  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi, görüşdən sonra  üç dövlət başçısının  imzaladığı birgə bəyanat diplomatiyamızın növbəti qələbəsidir. Artıq dünya ictimaiyyəti də şahidi oldu ki, Azərbaycan Dağlıq Qarabağda söz sahibidir. Bu görüşün nəticələri beynəlxalq aləmdə də böyük səbirsizliklə gözlənilirdi. Çünki Azərbaycan bu görüşə qalib, Ermənistan isə məğlub kimi gedirdi.

Yeri gəlmişkən, qeyd edim ki,  30 illik münaqişədən sonra təzyiq və təhdidlərə baxmayaraq, 44 günlük Vətən müharibəsində Azərbaycanın  dünyada əks-səda doğuran  parlaq qələbəsi ermənipərəstlərin sinəsinə silinməz dağ çəkib. Onlardan biri də keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovdur.  Ölkəyə rəhbərlik etdiyi müddətdə milli ədavət toxumu səpməklə məşğul olan, hər addımında Ermənistana dəstək verdiyini gizlətməyən Mixail Qorbaçov bu dəfə də iç üzünü, ermənipərəstliyini  ortaya qoydu. Görünür, Qorbaçov Azərbaycan Prezidentinin Mockva görüşlərinə qalib, Ermənistan baş nazirinin isə məğlub kimi getməsini  həzm edə bilməyib. Ona görə də deyib ki, Dağlıq Qarabağ münaqişəsində qalib gələn və ya uduzan olmamalıdır. Niyə? Məgər müharibədə qalib və ya məğlub olmur? Yoxsa, Qorbaçova elə gəlir ki, müharibə hər hansı bir idman yarışmasıdır və burada da heç-heçə də ola bilər. Bəli! Bütün dünya şahidi oldu ki, Azərbaycan Vətən müharibəsində 44 gün ərzində Ermənistan ordusnu darmadağın etdi. Bu məğlubiyyəti işğalçı ölknin siyas- hərbi rəhbərliyi kimi, tərəfdarları, havadarları, o cümlədən keçmiş prezident Mixail  Qorbaçov da qəbul etməyə məhkumdur.

Prezident  İlham Əliyevin Moskva görüşündən məmnun və Ermənistanın  baş nazirinin isə qanı qara qayıtması xarici ekspertlərin də diqqətindən yayınmayıb. Artıq dünya ictimaiyyətinə də bəllidir ki, sentyabrın 27 – də Ermənistan ordusunun başladığı müharibə  işğalçıların acınacaqlı məğlubiyyəti ilə nəticələndi.  2020- ci il noyabrın 10- da Azərbaycan Prezidenti,  Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat  müzəffər  ordumuzun zəfər yürüşü nəticəsində yaranmış reallıqdır. Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Artıq bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Bütün bunlardan sonra Prezident İlham Əliyevin  Moskvaya səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir.  Məlum olduğu kimi,  səfər çərçivəsndə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri baş tutub. Görüşlərin yekunu ilə bağlı üçtərəfli bəyanat imzalanıb. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkadaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır.

Üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli işçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Dörd  saat davam edən görüş başa çatdıqdan sonra  dövlət başçılarının  mətbuat qarşısında  bəyanatla çıxışları  zamanı  Nikol Paşinyanın açıqlamaları və  Prezident İlham Əliyevin sərgilədiyi davranış qapalı görüşdə nələrin olduğunu ehtimal etməyə imkan verir.

Sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı bir daha təsdiqləyir, və  kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir.

Dövlətimizin başçısı  görüşdən sonra mətbuata bəyanatla çıxışında da  10 noyabr tarixli birgə bəyanatın  uğurla həyata keçirildiyini diqqətə çardırdı  və bu bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirildiyini bildirdi. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirdiyini və iki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmadığını deyən Prezident İlham Əliyev qeyd etdi ki, bütün bunlar  belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.

Ermənistanın baş naziri isə “Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir” deməklə sanki noyabrın 10- da şəxsənimzaladığı bəyanatdan xəbərsizdir. Halbuki, həmin bəyanatda bütün məsələlr öz əksini tapıb və qaranlıq heç nə qalmayıb. Paşinyanın  “Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır” fikrini səsləndirməsi isə “bəlkə də qaytardılar”  xülyasından başqa bir şey deyil. Çünki artıq münaqişə öz həllini tapıb və undan sonra ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir etiyac yoxdur. Bunu Rusiya Federasiyasının Prezidenti  Vladimir Putinin mətbuata bəyanatla çıxışında səsləndirdiyi fikri də təsdiqləyir:  “Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq”.

Çingiz Qənizadə,
Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə  fəlsəfə doktoru

14 Yanvar 2021 10:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə