Ən son xəbərlər
La Liqanın 18-ci turunda “Barselona” səfərdə “Qranada”nı məğlub edib. Dörd cavabsız qol hesabı ilə “Barselona”nın xeyrinə başa çatmış matç komandanın hücumçusu Lionel Messi üçün əlamətdar olub. Belə ki, oyunda dubl edən Messi qollardan birini cərimə zərbəsindən vurub. Bu, onun cərimə zərbəsindən vurduğu 48-ci qol olub. Bununla da L.Messi “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldunu geridə qoyub. Qeyd edək ki, “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formalarını geyinmiş Ronaldu klub karyerasında 47 belə qola sevinib.
Xəbəri “Eurosport” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə