Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək

10-12 dekabr 2018-ci il tarixlərində Bakıda “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı, "Gənclər Turizmi" İctimai Birliyinin elmi-texniki dəstəyi ilə baş tutacaq.

www.science.gov.az saytı yazır ki, tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, təcrübələrini bölüşmək, həmçinin bu sahədə çalışan gənc mütəxəssislərin yeni ideya və elmi nəticələrinin paylaşılması və müzakirə olunması üçün uyğun platforma təqdim etməkdir.

Əlaqə nömrəsi: (+994 50) 311 24 84

Email: [email protected], [email protected]

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

24 Oktyabr 2018 18:21 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə