Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Arktika Elmlər Akademiyasının prezidenti AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olub

Arktika Elmlər Akademiyasının prezidenti, professor Valeriy Mitko və bu qurumun elm-katibi, t.e.d. Marina Minina AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olublar.

www.science.gov.az saytı yazır ki, görüşdə İSİ-nin direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi müəssisədə yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib.

Qonaqlar, həmçinin institutda həyata keçirilən üç layihə - “Tikintidə və nəqliyyatda qəzaların baş verməsinin başlanğıcı və inkişaf dinamikasının noise nəzarət texnologiyaları və sistemləri”, “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azadılması məqsədi ilə intellektual seysmo akustik erkən xəbərdarlıq sisteminin yaradılması”, “İnnovativ texnologiyaların işlənilməsi və tətbiqi ilə neftçıxarmanın intellektual online idarəetmə sisteminin yaradılması” ilə tanış olublar. 

Sonda əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

24 Oktyabr 2018 18:01 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə