Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya A Seriyası: “Milan” qələbə qazanaraq liderliyini davam etdirir

Yanvarın 10-da futbol üzrə İtaliya A Seriyasının 16-ci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, lider “Milan” doğma azarkeşlər önündə “Torino” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milanlılar hesabı oyunun 25-ci dəqiqəsində açıb. Brahim Diyazın ötürməsindən sonra rəqibin qapıçısı ilə üzbəüz qalan Rafael Leao fürsəti əldən verməyib. Görüşün 36-ci dəqiqəsində “Milan”nın futbolçusu Frank Kessi hesab arasındakı fərqi iki topa çatdırıb.

Bu qələbədən sonra “Milan” 40 xalla liderliyini davam edir. “Torino” isə 12 xalla 19-cu yerdə qərarlaşıb.

Turun digər görüşlərində “Atalanta” səfərdə “Beneveto”dan (4:1), “Genoa” isə öz meydanında “Bolonya”dan üstün olub (2:0).

10 Yanvar 2021 12:17 - İDMAN
İDMAN
5 Mart 2021 | 00:54
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə