Ən son xəbərlər
İngiltərənin “Liverpul” futbol klubu “Bavariya”nın futbolçusu David Alabanı transfer etmək istəyir. Bunun üçün klub Alabaya müqavilə təklifi göndərib. Sənəddə 28 yaşlı müdafiəçinin “qırmızılar”a keçəcəyi təqdirdə illik 10 milyon avro maaş alacağı qeyd olunub. Müqavilənin digər detalları haqqında məlumat verilməyib. Qeyd edək ki, bu mövsüm 13 matça çıxan Alaba 1 qol vurub. Onun Münhen təmsilçisi ilə hazırkı sözləşməsinin müddəti 2021-ci ilin yayına qədərdir.
Xəbəri “Goal.com” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə