Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası sanballı sosial-iqtisadi uğurlar qazanıb, daha da inkişaf etmək yolunda inamla irəliləyir və beynəlxalq arenada öz mövqelərini daim möhkəmləndirir.

Siz ölkənizin suverenliyini və ərazi bütövlüyünü təmin etmisiniz. İşinizə səmimi sədaqətiniz, həmvətənlərinizin rifahı naminə yorulmadan çalışmağınız, ədalətliliyiniz və sözünüzə sadiqliyiniz haqlı olaraq Sizə milyonlarla Azərbaycan vətəndaşının sevgisini və hörmətini qazandırıb.

İcazə verin, doğum gününüzlə əlaqədar Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gümrahlıq, bütün işlərinizdə uğurlar, xoşbəxtlik və firavanlıq diləyim!

Dərin hörmətlə,

 

 

Əlişir Usmanov

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti

7 Yanvar 2021 23:09 - MƏKTUBLAR
MƏKTUBLAR
24 Yanvar 2021 | 18:04
Xalq artisti Eldar Quliyevə
23 Yanvar 2021 | 21:20
Xalq artisti Eldar Quliyevə

Köhnə versiyamızdan xəbərləri izlə