Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti yerli icra hakimiyyəti orqanlarında Vətən Müharibəsi iştirakçıları ilə əlaqədar yeni şöbə yaradılmasına dair fərman imzalayıb

Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Bakı Şəhər İcra Hakimiyyəti, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyətlərinin, Gəncə Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şirvan və Mingəçevir Şəhər İcra hakimiyyətləri, Lənkəran Şəhər İcra Hakimiyyəti, Yevlax və Şəki Şəhər İcra hakimiyyətləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər İcra hakimiyyətlərinin aparatlarının strukturunda bununla əlaqədar müvafiq dəyişiklik edilib.
Eyni zamanda Azərbaycanın digər rayonlarında da yeni şöbənin yaradılması ilə "Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu"nda müvafiq dəyişiklik edilib.

7 Yanvar 2021 12:29 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə