Ən son xəbərlər
İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil karyerasını Türkiyədə davam etdirəcək. Türk əsilli almaniyalı yarımmüdafiəçi “Fənərbağça” ilə anlaşıb. Bildirilir ki, futbolçu İstanbul klubu ilə 3,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Məsut Özil “Arsenal”dan əvvəl Almaniyada “Şalke”, “Verder”, İspaniyada isə “Real”ın şərəfini qoruyub.
Xəbəri “Eurosport” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə